Əsas məzmuna keç
27 Avqust 2026, Cümə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

Nepalda təbii fəlakətin yaratdığı mənzərə ağırlaşır

YENİGÜN.MEDİAREKLAM728 × 90

Nepalda baş verən dağıdıcı sel və torpaq sürüşməsindən sonra bölgədə xilasetmə əməliyyatları davam etdirilir. Himalay dağlarında buz, qaya və palçıq kütləsinin çay vadisinə axması nəticəsində yaşayış məntəqələri ciddi zərər görüb.

Yenigun.Media xəbər verir ki, Reuters-in bu gün yaydığı məlumata görə, Nepal və qonşu Çinin Tibet bölgəsində yüzlərlə insan həyatını itirib, 1 mindən çox şəxsin taleyi isə hələlik məlum deyil.

Ərazinin dağlıq və çətin keçilən olması axtarış işlərini daha da mürəkkəbləşdirir. Xilasedicilər dağıntılar altında qalan şəxslərin tapılması üçün xüsusi texnikadan istifadə edirlər.

Hadisə Nepalın son illərdə üzləşdiyi ən ağır təbii fəlakətlərdən biri kimi qiymətləndirilir.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600