Əsas məzmuna keç
27 Avqust 2026, Cümə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Qarabağ Universitetində Türkiyənin aparıcı texniki universitetlərindən biri fəaliyyətə başlayır

YENİGÜN.MEDİAREKLAM728 × 90

Qarabağ Universitetinin beynəlxalq akademik imkanlarının genişləndirilməsi istiqamətində yeni mərhələ başlayır.

Yenigun.Media xəbər verir ki, Türkiyənin İstanbul Texniki Universitetinin akademik bölmələrinin Azərbaycan Respublikasının Qarabağ Universitetinin strukturunda fəaliyyət göstərməsi qərara alınıb.

Qərarın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalandığı və ölkənin “Rəsmi Qəzet”ində dərc olunaraq qüvvəyə mindiyi bildirilir.

Bu addım Qarabağ Universitetinin yalnız regional deyil, beynəlxalq təhsil məkanı kimi formalaşması baxımından diqqət çəkir.

Bununla yanaşı, iki universitet arasında mühəndislik istiqamətində ikili diplom proqramının da 2026/2027-ci tədris ilindən fəaliyyətə başlayacağı açıqlanıb.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600