Əsas məzmuna keç
26 Noyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Qarabağda məktəblərin sayı artırılır: 52 təhsil müəssisəsi fəaliyyət göstərəcək

Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi çərçivəsində təhsil infrastrukturu genişləndirilir.

Yenigun.Media xəbər verir ki, yeni tədris ilindən azad edilmiş ərazilərdə fəaliyyət göstərən məktəb və digər təhsil müəssisələrinin sayının 52-yə çatdırılması nəzərdə tutulur. Ötən tədris ilində bu göstərici 37 olub.

Bundan başqa, ölkə üzrə 43 yeni ümumi təhsil müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır. Son aylarda isə təxminən 1000 təhsil müəssisəsində təmir işləri aparılıb.