Rusiya ilə Böyük Britaniya arasında Ukrayna müharibəsi fonunda ritorika yenidən sərtləşib.Moskva Londona xəbərdarlıq edərək, Britaniyanın Ukraynaya verdiyi silahlardan Rusiya ərazisinə zərbələr endirilməsinin davam edəcəyi təqdirdə Britaniyanın hərbi obyektlərinin hədəfə çevrilə biləcəyini bildirib.
Yenigun.Media xəbər verir ki, Reuters-in məlumatına əsasən, Rusiya tərəfi bu ehtimalı Ukraynanın Britaniya istehsalı “Storm Shadow” raketlərindən istifadəsi ilə əlaqələndirib.
Belə açıqlama müharibənin coğrafiyasının daha da genişlənməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə Qərb ölkələrinin Ukraynaya hərbi və texnoloji dəstəyi genişləndirdiyi bir vaxtda Moskvanın xəbərdarlığı yeni diplomatik gərginlik yarada bilər.

