Əsas məzmuna keç
26 Noyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

“Şəfa”da təcili iclas – Baş məşqçi ilə bağlı qərar verildi

Ötən gün “Şəfa” futbol klubunun iclası olub.

Premyer Liqa təmsilçisindən averilən məlumata görə, iclasda klub rəhbərliyi və baş məşqçi Zaur Həşimov iştirak edib.

Toplantıda komandanın cari mövsümdə sərgilədiyi oyun və qeydə alınan qeyri-sabit nəticələr müzakirə olunub. Mövcud vəziyyətə baxmayaraq, Zaur Həşimovla əmkdaşlığın davam etdirilməsinə qərar verilib. Baş məşqçiyə inamını ifadə edən klub rəhbərliyi bundan sonra da lazımi dəstəyin göstəriləcəyini bildirib.

Qeyd edək ki, bu mövsüm Premyer Liqaya qayıdan “Şəfa” klubu 12 turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.