Əsas məzmuna keç
20 Avqust 2026, Cümə axşamı Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Sərhədçilərdən 107 illik yubiley münasibətilə təşəkkür

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə dövlət qurumlarından, ictimaiyyət nümayəndələrindən, media təmsilçilərindən və vətəndaşlarımızdan daxil olan çoxsaylı təbriklərə və xoş arzulara görə dərin təşəkkürümüzü bildiririk.

Sərhədçi əməyinə göstərilən yüksək diqqət və mənəvi dəstək bizim üçün böyük əhəmiyyət daşıyır. Bu etimad sərhədçilərimizi dövlət sərhədlərimizin etibarlı mühafizəsi naminə xidmət vəzifələrini bundan sonra da yüksək peşəkarlıq, qətiyyət və fədakarlıqla yerinə yetirməyə ruhlandırır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil dövlətimizə və xalqımıza sədaqətlə xidmət etmək bizim üçün ən böyük şərəfdir.

107 illik şərəfli sərhədçilik tariximizin zəngin ənənələrinə və şəhidlərimizin müqəddəs xatirəsinə sadiq qalaraq Vətənin keşiyində ayıq-sayıq dayanacaq, dövlət sərhədlərimizin mühafizəsi və müdafiəsi naminə üzərimizə düşən vəzifələri bundan sonra da şərəf və ləyaqətlə yerinə yetirəcəyik.

Əlamətdar gündə sevincimizi bölüşən, səmimi təbrikləri və xoş arzuları ilə bizə mənəvi dəstək göstərən hər kəsə dərin təşəkkürümüzü və ehtiramımızı bildiririk.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600