Qarabağ Universitetində mühəndislik təhsili alan tələbələr üçün beynəlxalq səviyyədə yeni imkan yaradılır.
Yenigun.Media xəbər verir ki, 2026/2027-ci tədris ilindən universitetdə İstanbul Texniki Universiteti ilə birlikdə ikili diplom proqramına start veriləcək.
Proqramın diqqətçəkən tərəfi ondan ibarətdir ki, tələbələr təhsilin ilk üç ilini Xankəndidə, sonuncu ilini isə İstanbulda keçirəcəklər. Dərslər İstanbul Texniki Universitetinin professorları tərəfindən aparılacaq və təhsil ingilis dilində təşkil ediləcək.
Proqramı uğurla başa vuran tələbələr həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin bakalavr diplomunu əldə edəcəklər.
Təhsil proqramı ilə bağlı xərclərin dövlət tərəfindən qarşılanması isə bu modeli Azərbaycan tələbələri üçün daha əlçatan edir.

