Əsas məzmuna keç
21 Avqust 2026, Cümə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Cəmiyyət

Vedi rayon icmasında fəaliyyət və qarşıdakı vəzifələr müzakirə olunub

YENİGÜN.MEDİAREKLAM728 × 90

Qərbi Azərbaycan İcmasının Vedi rayon icması üzrə növbəti toplantısı keçirilib.

19 avqust tarixində baş tutan görüşdə Vedi rayonuna daxil olan kənd icmalarının rəhbərləri və fəalları bir araya gəlib. Toplantıya Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, Vedi rayon icmasının sədri, professor Vaqif Şadlinski rəhbərlik edib.

Görüşdə icmanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri, kənd icmaları arasında əməkdaşlığın gücləndirilməsi və təşkilati məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Vaqif Şadlinski çıxışında Vedi rayonunun tarixi və mədəni irsinin yaşadılması, toponimlərin və milli-mədəni dəyərlərin qorunması ilə bağlı işlərin daha ardıcıl aparılmasının vacibliyini qeyd edib. O, həmçinin rayon sakinləri və onların övladları arasında əlaqələrin genişləndirilməsinin, gənclərin və qadınların icma fəaliyyətinə daha fəal cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.

Toplantı zamanı Vedi rayon icmasının strukturunda yeni təyinat da açıqlanıb. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru, Kiçik Vedi kəndindən olan Samirə İmanova Əbülfət qızı qadınlarla iş üzrə məsul şəxs təyin edilib.

Görüşdə bildirilib ki, bundan sonra da Vedi rayonuna daxil olan kənd icmalarının fəallığının artırılması və ümumi fəaliyyətin daha koordinasiyalı şəkildə qurulması istiqamətində işlər davam etdiriləcək.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600