Əsas məzmuna keç
13 Oktyabr 2026, Çərşənbə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Vüqar Bayramov: Azərbaycanın xarici borc göstəricisi regionda ən yaxşı nəticələrdəndir

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycanın xarici borcunun ÜDM-ə nisbəti ölkənin maliyyə dayanıqlılığı baxımından mühüm göstəricilərdən biridir. Prezident İlham Əliyev Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı xarici borcun ÜDM-də payının 5,6 faiz olduğunu bildirib. Dövlət başçısı, həmçinin Azərbaycanın valyuta ehtiyatlarının xarici borcu 20 dəfə üstələdiyini qeyd edib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Yenigun.Media-ya açıqlamasında Azərbaycanın xarici borc göstəricisinin region ölkələri ilə müqayisədə aşağı səviyyədə olduğunu bildirib.

Deputatın sözlərinə görə, xarici borcun ÜDM-də payına görə Azərbaycan dünyanın ən yaxşı göstəriciyə malik ölkələri sırasında yer alır:

“Azərbaycanın xarici borcunun ÜDM-də payının 5,6 faiz təşkil etməsi ölkəmizin maliyyə dayanıqlılığı baxımından mühüm göstəricidir. Bu, eyni zamanda regionda ən yaxşı nəticələrdən biridir.

MDB məkanında xarici borcun ÜDM-ə nisbəti Rusiyada 11, Tacikistanda 32, Belarusda 37, Özbəkistanda 49, Qazaxıstanda 50, Qırğızıstanda 51, Moldovada isə 55 faizdir. Qardaş Türkiyədə bu göstərici 35 faiz təşkil edir.

İnkişaf etmiş bir sıra ölkələrdə isə xarici borcun ÜDM-ə nisbəti daha yüksəkdir. Məsələn, xarici borc ÜDM-i Böyük Britaniyada 2,8, Fransada 2,6, Belçikada 2,3, Yunanıstanda 2,2, İsveçrədə 2,1, Finlandiyada 2,0, İspaniyada isə 1,6 dəfə üstələyir.

Bu müqayisələr göstərir ki, Azərbaycan xarici borcun ÜDM-də payının birrəqəmli olduğu azsaylı ölkələrdəndir. Xarici borcun idarə olunması və ÜDM-də payının optimal səviyyədə saxlanılması siyasətinin davam etdirilməsi ölkənin maliyyə dayanıqlığının qorunması baxımından əhəmiyyətlidir.

Eyni zamanda, valyuta ehtiyatlarının xarici borcu əhəmiyyətli dərəcədə üstələməsi ölkənin xarici maliyyə şoklarına qarşı dayanıqlılığını gücləndirən mühüm amillərdəndir. Bu baxımdan, borc yükünün nəzarətdə saxlanılması Azərbaycanın müstəqil iqtisadi siyasət yürütməsi və maliyyə təhlükəsizliyinin möhkəmləndirilməsi üçün vacibdir”.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600