Əsas məzmuna keç
26 Noyabr 2026, Cümə axşamı ● Bakı +26° USD 1.70 EUR 1.96

Xan Şuşinskinin anadan olmasının 125-ci ildönümüdür

Bu gün Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, ustad sənətkar Xan Şuşinskinin anadan olmasının 125-ci ildönümü tamam olur.

Yenigun.Media xəbər verir ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan Xan Şuşinski özünəməxsus ifa üslubu, zəngin səs imkanları və muğam sənətinə verdiyi töhfələrlə yaddaşlarda silinməz iz qoyub. Onun ifasında səslənən muğam və təsniflər bu gün də dinləyicilər tərəfindən böyük sevgi ilə qarşılanır.

Ustad sənətkarın yaradıcılığı Azərbaycan milli musiqi xəzinəsinin qiymətli nümunələrindən hesab olunur.

Allah böyük sənətkara rəhmət eləsin, ruhu şad olsun!

“Havalansın Xanın səsi, Qarabağın şikəstəsi…”