Əsas məzmuna keç
13 Noyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96

Bakının Qaradağ rayonunda yeni körpünün tikintisinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Qaradağ rayonunda daha bir körpünün yenidən tikintisinə başlayıb.

Yenigun.Media xəbər verir ki, işlər Bakı–Ələt–Qazax–Gürcüstan dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisində aparılır.

Layihə çərçivəsində mövcud körpünün sökülərək müasir tələblərə cavab verən yeni qurğu ilə əvəzlənməsi nəzərdə tutulur. Qərar körpünün istismar müddətini başa vurması və texniki vəziyyətinin nəzərə alınması ilə bağlıdır.

Bu, Qobustan qəsəbəsində yenilənən sayca dördüncü, Qaradağ rayonunda isə son aylarda yenidən tikintisinə başlanılan altıncı körpüdür.

Aparılan işlərin əsas məqsədi avtomobil yollarında təhlükəsizliyin artırılması, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi və yol infrastrukturunun yenilənməsidir.