Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri dəyişdikdən sonra yeni rəhbər təyin olunmasa da, yeni rəhbərin gəlişinə “şıdırğı” hazırlıq görülür.
Yenigun.Media xəbər verir ki, qurum ötən gün elan etdiyi tenderin nəticəsini açıqlayıb.
Məlum olub ki, DİM yeni rəhbərin təyinatına kimi, müxtəlif kompüter və kompüterlə əlaqəli avadanlıqların satınalınmasını həyata keçirəcək. “BAKİNİTY DİSTRİBUTİON” MMC-nin qalibi olduğu tenderin dəyəri 479 min 660 manat təşkil edəcək.

