Əsas məzmuna keç
11 Oktyabr 2026, Bazar ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

İlhamə Quliyeva – Azərbaycan musiqisinin unudulmaz səsi

YENİGÜN.MEDİAREKLAM728 × 90

17 avqust Xalq artisti İlhamə Quliyevanın doğum günüdür.

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti İlhamə Quliyeva özünəməxsus ifa tərzi, güclü səsi və sənətə olan sevgisi ilə milli musiqi tariximizdə silinməz iz qoyub.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkar “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib. O, eyni zamanda Dağıstan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

İlhamə Quliyeva Azərbaycanın görkəmli xanəndəsi, Xalq artisti Tükəzban İsmayılovanın qızı idi. O, anasının sənət yolunu davam etdirərək Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib.

Sənətkarın ifa etdiyi mahnılar illər keçməsinə baxmayaraq bu gün də dinləyicilər tərəfindən sevilir və Azərbaycan xalqının musiqi zövqünü oxşamaqda davam edir. Onun zəngin yaradıcılıq irsi sənətsevərlərin yaddaşında əbədi yaşayacaq.

İlhamə Quliyeva 2016-cı il fevralın 25-də vəfat edib.

Bu gün onun doğum günündə görkəmli sənətkarı dərin hörmət və ehtiramla yad edirik.

Allah rəhmət eləsin! Ruhu şad olsun!

Yenigun.media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600