Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsində məişət tullantılarının yığılması ilə bağlı sakinlərin şikayəti öz həllini tapıb.
Mənzil-Kommunal Təsərrüfatı müəssisəsindən Yenigun.Media-ya bildirilib ki, sakinlərin müraciətindən sonra ərazidə təmizlik işləri aparılıb və küçə tullantılardan təmizlənib.
Qeyd edək ki, daha əvvəl Məhəmməd Əsədov küçəsində zibil yığınlarının yaranması və ərazidə antisanitar vəziyyətin hökm sürməsi ilə bağlı sakinlərin şikayəti Yenigun.Media-da işıqlandırılmışdı.
Problemin aradan qaldırılması istiqamətində görülən tədbirlər sakinlərin müraciətinə operativ reaksiya verilməsi baxımından müsbət qiymətləndirilir.

