Əsas məzmuna keç
19 Oktyabr 2026, Bazar ertəsi ● Bakı +26° USD 1.70 EUR 1.96

SON DƏQİQƏ:Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb.

Yenigun.Media  “Trend”ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib.

Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirərkən onu elektrik cərəyanı vurub. Nəticədə polis mayoru ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib. Aldığı xəsarətlər səbəbindən onun qolları amputasiya olunub.

Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib.

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ