Əsas məzmuna keç
19 Oktyabr 2026, Bazar ertəsi ● Bakı +26° USD 1.70 EUR 1.96

Masallıda bələdiyyə sədri Ekologiya İdarəsinin əməkdaşları ilə bağlı görüntüləri yaydı – VİDEO

Masallı rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının fəaliyyəti ilə bağlı növbəti iddialar sosial şəbəkələrdə gündəmə gəlib.

Patrul.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülər Masallı rayonunun Kolatan bələdiyyəsinin sədri Rauf Cəbiyev tərəfindən iş otağında quraşdırılmış kamera vasitəsilə qeydə alınıb.

Yayılan məlumatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Təbii Sərvətlər və Ekologiya İdarəsinin rəisi Rafiq Ədilov və onun rəhbərlik etdiyi qurumun əməkdaşlarının fəaliyyəti ilə bağlı bir sıra iddialar irəli sürülür.

Bildirildiyinə görə, qanunsuz və qərəzli hesab edilən rəyə dair araşdırma aparmaq məqsədilə əraziyə gələn idarə əməkdaşı çəkiliş qrupunu gördükdən sonra ərazidən uzaqlaşıb.

Hadisə bir sıra suallar doğurur. İdarə əməkdaşının çəkiliş qrupunu gördükdən sonra ərazidən uzaqlaşmasının səbəbi nə olub? Hazırlanan rəy hansı faktlara əsaslanıb? Sözügedən rəyin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılıbmı?

Ekologiyanın qorunması dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Bu sahədə fəaliyyət göstərən dövlət qurumlarının fəaliyyəti şəffaf olmalı, vətəndaşların müraciət və sualları cavabsız qalmamalıdır.

Patrul.az olaraq aidiyyəti qurumları yayılan görüntüləri və səsləndirilən iddiaları obyektiv araşdırmağa, məsələyə aydınlıq gətirməyə çağırırıq.

Redaksiya məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, adıçəkilən idarənin rəhbəri Rafiq Ədilovun və digər aidiyyəti şəxslərin mövqeyini dərc etməyə hazırdır.