Bu gün saat 16 radələrində paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Yenigun.Media xəbər verir ki, Əhmədli metrostansiyasının qarşısında “BMW” və “Hyundai” markalı avtomobillər toqquşub.
Nəticədə 1 nəfər həyatını itirib.
Hadisə ilə bağlı polis araşdırma aparır.

