Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.Yenigun.Media xəbər verir ki, hadisə rayon ərazisindən keçən dəmir yolu xəttində qeydə alınıb.

Belə ki, rayonun Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Şahverdiyev Ağadadaş oğlunu səhər saatlarında dəmir yolu xəttindən keçərkən qatar vurub. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Hadisənin başvermə səbəbləri araşdırılır.