Mədəniyyət Nazirliyi dövlət tərəfindən mühafizə olunan memarlıq abidəsi statusuna malik binada işlərin aparılmasına hansı əsasla icazə verib? Yəqin bu büdcə vəsaitini talamağın yeni yoludur.
Yenigun.Media xəbər verir ki, bu barədə tanınmış memar Elmin Əliyev paylaşım edib. O bildirib ki, yenidən təmir edilən bina bir neçə il əvvəl təmir edilmişdi:
“Fasadın nəyi xarab olub ki, onu yenidən bərpa edirlər?! Cəmi bir neçə il əvvəl bina əsaslı təmir olunmuşdu, indi isə yenə?!
Bu gün çəkdiyim fotoşəkilləri növbəti «bərpa» işlərindən sonra binanın necə görünəcəyi ilə mütləq müqayisə edəcəyəm.
Dəyişikliklərə baxmaq maraqlı olacaq. Daha doğrusu, heç bir dəyişikliyin olmamasına.
Yazıq, əldən salınmış, zorlanmış binalar…
Çevik «bərpaçılar» və onların havadarları üçün tükənməz gəlir mənbəyinə çevrilmiş memarlıq nümunələri…
Maraqlıdır, Mədəniyyət Nazirliyi dövlət tərəfindən mühafizə olunan memarlıq abidəsi statusuna malik binada işlərin aparılmasına hansı əsasla icazə verib?!
Görünür, bizdə bərpa işləri çoxdan memarlığı qorumaq vasitəsindən büdcə vəsaitlərini mütəmadi olaraq mənimsəmək üsuluna çevrilib.
Binalar əvvəlki təmirdən sonra heç köhnəlməyə macal tapmır, növbəti təmir üçün isə pul artıq tapılır.
Gülşən Rəsul





