Əsas məzmuna keç
21 Oktyabr 2026, Çərşənbə ● Bakı +26° USD 1.70 EUR 1.96

Şəkidə qədim sənət ənənələrini yaşadan keramika mərkəzi

Şəkiyə səfər edən yerli və xarici turistlərin maraq göstərdiyi məkanlardan biri də “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzidir.

Yenigun.Media xəbər verir ki, mərkəzdə ziyarətçilər keramika sənətinin incəlikləri ilə tanış olur, sənətkarların əl işlərini yaxından izləyir, milli sənətkarlıq ənənələri barədə məlumat əldə edirlər.

Qafqazda ilk keramika mərkəzi kimi tanınan bu məkan Şəkinin zəngin sənətkarlıq irsinin təbliğində mühüm rol oynayır. Müxtəlif ölkələrdən gələn turistlər burada qədim sənət ənənələrinin müasir yanaşmalarla necə yaşadıldığını görmək imkanı qazanırlar.

Qeyd edək ki, oktyabrın 20-21-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə mediatur təşkil olunub. Mediaturun əsas məqsədi şəhərin turizm potensialını, ziyarətçilər üçün yaradılan şəraiti və həyata keçirilən layihələri ictimaiyyətə tanıtmaqdır.