Əsas məzmuna keç
11 Oktyabr 2026, Bazar ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

Tramp–Si görüşü: əsas məsələ nə olacaq?

YENİGÜN.MEDİAREKLAM728 × 90

Tramp–Si görüşü öncəsi əsas məsələ: böyük saziş yox, qarşıdurmanın dərinləşməsinin qarşısını almaq.

Yenigun.Media xəbər verir ki, Milli Məclisin deputatı Vüqar İskəndərov 22 sentyabr — qlobal siyasi proseslərə baxışında ABŞ–Çin münasibətlərində baş verən prosesləri şərh edib.

Deputat qeyd edib ki, Tramp–Si Cinpin görüşü ərəfəsində əsas məsələ sammitin uğurunun böyük razılaşmaların imzalanması deyil, tərəflərin münasibətləri daha da pozacaq addımlardan yayınması ola bilər.

Onun sözlərinə görə, Tayvan əsas mövzulardan biridir. Si Cinpinin ABŞ-dan Tayvana silah satışını dayandırmağı tələb edəcəyi gözlənilir, Vaşinqton isə yeni böyük silah paketini nəzərdən keçirir.

“Pərdəarxası məna daha maraqlıdır: Pekin iqtisadi məsələlərdə güzəşti təhlükəsizlik məsələlərində güzəştlə dəyişmək istəyir. Əgər ticarət–Tayvan–Yaxın Şərq mövzuları eyni danışıqlar paketinə daxil olarsa, ABŞ–Çin münasibətləri klassik ticarət mübahisəsindən böyük geosiyasi sövdələşməyə keçir”, – deyə Vüqar İskəndərov bildirib.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600