UEFA-nın FIFA turnirlərini boykot etmək təhdidindən geri çəkilməyə hazırlaşdığı bildirilir.
Yenigun.Media xəbər verir ki, Reuters-in məlumatına görə, FIFA Avropa futbol qurumlarına gələcəkdə Dünya Kuboku və digər əsas yarışlarda payların satılması ilə bağlı mübahisəli planların yenidən gündəmə gətirilməyəcəyinə dair təminat verib.
Bunun fonunda UEFA-nın boykot təhdidini aradan qaldırması gözlənilir. Bununla belə, FIFA prezidenti Canni İnfantinonun rəhbərliyi ətrafında narazılıqlar davam edir.
İtaliya Futbol Federasiyasının da İnfantinonun yenidən seçilməsinə dəstəyini geri götürməsi FIFA daxilində vəziyyəti daha da gərginləşdirib.

