Əsas məzmuna keç
09 Oktyabr 2026, Cümə ● Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600

YAP Mingəçevir şəhər təşkilatında silsilə görüşlər davam etdirilir – FOTO

YENİGÜN.MEDİAREKLAM728 × 90

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı Mingəçevir şəhərində silsilə görüşlər keçirilir.

Yenigun.Media xəbər verir ki, bu çərçivədə YAP Mingəçevir şəhər təşkilatının 38 saylı ərazi partiya təşkilatında (Mingəçevir Turizm Kolleci) görüş təşkil olunub.

Görüşdə VIII Qurultayda müəyyənləşdirilmiş vəzifələr, qarşıda duran hədəflər və partiyanın gələcək fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbir zamanı Prezident İlham Əliyevin qurultaydakı nitqində əksini tapan mühüm məqamların əhəmiyyəti diqqətə çatdırılıb. Həmçinin partiya üzvlərinin qarşısında duran vəzifələr, təşkilati fəaliyyətin daha da təkmilləşdirilməsi və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Görüş iştirakçıları qurultaydan irəli gələn tapşırıq və tövsiyələrin fəaliyyətlərində əsas istiqamət kimi rəhbər tutulmasının vacibliyini vurğulayıblar.

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600