Əsas məzmuna keç
19 Avqust 2026, Çərşənbə Bakı +26° USD 1.70 EUR 1.96
YENİGÜN.MEDİAREKLAM160 × 600
Dünya

İran “tam hücum” mövqeyinə keçə bilər

YENİGÜN.MEDİAREKLAM728 × 90

İran-ABŞ gərginliyi fonunda dünya bazarlarında ciddi narahatlıq yaranıb.

Yenigun.Media-nın məlumatına görə, İran rəsmisi ABŞ-la atəşkəs danışıqlarının nəticəsiz qalmasından sonra Tehranın “tam hücum” mövqeyinə keçməyə hazır olduğunu bildirib. Bu açıqlama Yaxın Şərqdə gərginliyin yenidən yüksələ biləcəyi ilə bağlı narahatlıqları artırıb. 

İranın mövqeyində sərtləşmə fonunda enerji bazarında da qiymətlər yüksəlib. Brent markalı neftin qiyməti 91 dolları ötüb.

Gərginlik istiqraz bazarlarına da təsir edib. ABŞ-ın 30 illik xəzinə istiqrazlarının gəlirliliyi 5,321 faizə yüksələrək 2007-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə çatıb. 10 illik istiqrazların gəlirliliyi isə 4,7259 faiz təşkil edib.

Yaponiyada da dövlət istiqrazlarının gəlirliliyi son 30 ilin ən yüksək göstəricilərindən birinə yüksəlib. Asiya fond bazarlarında da eniş qeydə alınıb.
Yenigun.Media

YENİGÜN.MEDİAREKLAM728 × 90
YENİGÜN.MEDİAREKLAM160 × 600
YENİGÜN.MEDİAREKLAM970 × 90